Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi Güney Azərbaycanda həbs etdiyi azərbaycanlı milli fəalların həbs müddəti uzadıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iqrçi fars-molla rejimi Güney Azərbaycanda həbs etdiyi azərbaycanlı milli fəalların həbs müddəti uzadıb.

Son aylarda rejimin ETTELAAT məmurları tərəfindən Təbrizdə yaxalanan 12 azərbaycanlı milli fəalın həbs müddəti uzadılıb.

Onların ailə üzvləri bildiriblər ki, Təbrizdə rejimin İnqilab Prokurorluğu fəalların müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmalarına icazə verməyib.

Hazırda rejimin ETTELAAT İdarəsinin Təbrizdəki təcridxanasında saxlanılan fəalların ittihamı barədə açıqlama verilməyib.

Azərbaycanlı fəalların ailələri yaxın günlərdə rejimin Təbrizdəki ETTELAAT İdarəsi qarşısında etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …