Bazar , Oktyabr 25 2026
azfa

Fransa Ermənistanı silahla təchiz etməklə yanaşı erməni xüsusi təyinatlılarına təlim keçəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa Ermənistanı hərbi texnika ilə təchiz etməklə yanaşı bu ölkəyı hərbi müşavir göndərəcək və erməni xüsusi təyinatlılarına təlim keçəcək. Bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.

Nazir tərəflərin artıq əməkdaşlığa başladığı və ya başlamaq niyyətində olduğu proqram və sahələri də sadalayıb:

“2023-cü ilin yanvarında Fransa respublikanın Ermənistandakı səfirliyinə hərbi attaşe təyin edib”.

O, çavuş və zabit kadrları hazırlayan hərbi təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətdən də söhbət açıb. Lekornu Ermənistan ordusunun xüsusi təyinatlı dəstələrinin hazırlığına, xüsusən də yüksək dağ şəraitində döyüş əməliyyatlarının aparılmasına xüsusi diqqət yetirib. Erməni snayperləri də yenidən hazırlıq keçəcəklər.

Fransalı nazir Ermənistana üç GM200 radarının tədarükü ilə bağlı saziş, “Mistral” sistemlərinin gələcək tədarükü ilə bağlı isə anlaşma memorandumunun imzalandığını xatırladıb. Fransa tərəfi Ermənistan ordusunun yerüstü hava hücumundan müdafiəsinin auditini aparmaq niyyətindədir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …