Şənbə , Sentyabr 19 2026
azfa

İran və Ermənistan sərhəddə ikinci körpünün tikintisi ilə bağlı razılıq əldə edib

GADTB: İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın İrəvana səfəri zamanı İranla Ermənistan arasında yük maşınlarının daşıma qabiliyyətini artırmaq üçün ikinci sərhəd körpüsünün tikintisinə dair 210 milyon dollarlıq müqavilə imzalanıb.

Habelə, Agarak-Vardanidzor yolunun (təxminən 21 km) təmiri və Dzor bölgəsində tunelin çıxışına qədər 11 km idxal marşrutunun çəkilməsinə dair müqavilə iki İran şirkəti və Ermənistan hökumətinin nümayəndəsi tərəfindən imzalanıb.

Eləcə də, İran şirkətlərinə obyektlərin verilməsi, yol ödənişlərinin aradan qaldırılması, Şimal-Cənub dəhlizi və Fars körfəzi-Qara dəniz dəhlizi çərçivəsində əməkdaşlığın təşviqi, dəmir yolu daşımalarının artırılması və İranın logistika və liman imkanlarından istifadə məsələləri müzakirə edilib və fikir mübadiləsi aparılıb.

İranlı nazirin səfəri zamanı həm də erməni rəsmilərinə təklif olunub ki, İran şirkətləri bu ölkədə məktəb və su bəndləri tiksinlər. / Azad İran

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …