Şənbə , Avqust 1 2026
azfa

Hikmət Hacıyev : ”1991-ci ildən bu günədək 3413 nəfər mina qurbanı olub”

GADTB: Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 1991-ci ildən bəri 3 413 azərbaycanlının Ermənistan tərəfindən basdırılan minaların qurbanı olduğunu açıqlayıb.

Bu barədə Hikmət Hacıyev rəsmi ”X” səhifəsində paylaşım edib.

H.Hacıyev bildirib ki, 1991-ci ildən bu günədək 3413 nəfər mina qurbanı olub. Partlayışlar zamanı daha 269 nəfər yaralanıb.

Həyatını itirənlərdən 50-nin mülki vətəndaş, 15-nin isə hərbçi olduğunu deyən Hikmət Hacıyev 1991-ci ildən indiyədək Ermənistanın basdırdığı minalar səbəbindən 3413 azərbaycanlının həyatını itirdiyini diqqətə çatdırıb.

Həmçinin yoxlayın

ABŞ komandanı Pentaqonu İsrailin müdafiəsi ilə bağlı xəbərdar edib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) rəhbəri general Aleksus Qrinkeviç Pentaqona yazılı xəbərdarlıq göndərərək …

Molla rejimi türk adı “Elman”a görə azərbaycanlı körpəyə 132 gündür şəxsiyyət vəsiqəsi vermir

GADTB: Şərqi Azərbaycan vilayətinin Üskü bölgəsinin İlxıçı qəsəbəsinin Qeydiyyat və Vətəndaşlıq Vəziyyəti İdarəsi azərbaycanlı ailənin …