Cümə axşamı , Aprel 30 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı müəllim tibbi məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Kərəcin Qızılhisar həbsxanasında saxlanılan azərbaycanlı müəllim, ana dili tədrisi tərəfdarı olan Cəfər İbrahimi sağlıq durumunun ağır olması səbəbindən tibbi məzuniyyətə buraxılıb.

Azərbaycanlı müəllim bu müraciətlər və tələblərdən sonra məzuniyyət hüququndan istifadə etməyə nail olub.

İran Müəllimlər Birliyinin Koordinasiya Şurasi məlumatına görə, vəziyyətinin ağırlaşmasına, dəfələrlə müraciət etməsinə baxmayaraq, məzuniyyətə buraxılmayan Cəfər İbrahimi qanunla nəzərdə tutulmuş hüququnu tələb etdiyinə görə bir neçə gün əvvəl döyülüb.

 Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il mayın 1-nə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə, aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …