Bazar , Sentyabr 20 2026
azfa

Urmiya gölü ətraqfında xərçəngdən ölənlərin sayı kəskin artdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölündə rejimin törətdiyi ekoloji fəlakət nəticəsində xərçəngə yoluxma halları kəsin artıb.

İran Energetika Nazirliyinin keçmiş rəsmisi Məhəmmədəli Müstəfəvi özünün sosial media hesabında bununla bağlı məlumat paylaşıb.

Müstəfəvi bildirib ki, son illər Urmia gölünə yaxın kəndlərdə xərçəng xəstəliyinə yoluxan və bu səbəbdən ölənlərin sayı kəslin artıb.

“Son 10 il ərzində Urmiya gölünü bitişik kəndlərdən birinin əhalisinin 25%-i xərçəng xəstəliyinə yoluxduqları üçün həyatlarını itiriblər”,- Müstəfəvi bildirib.

Buna səbəb gölün qurumasından sonra bölgədə duz fırtınalarının baş verməsidir.

Bu, bölgə insanlarının sağlamlıqlarına ciddi zərər vurmaqla yanaşı, kənd təsərrüfatı sahəsinin iflasa uğramasına, sakinlərin məcburi şəkildə bölgədən köç etmələrinə səbəb olur.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …