Bazar , Sentyabr 20 2026
azfa

Tehranda azərbaycanlı fəallar milli şüarlar səsləndiriblər- Video

GADTB: Dünən Tehranın Azadi Stadionunda Güney Azərbaycanın Traxtur komandası ilə Tehranın İstiqlal komandası oyununda  və Tehran Metrosunda Traxtur tərəfdarları milli şüarlar səsləndiriblər.

Son günlər İran İslam Respublikasının Səhər kanalının aparıcısı İranın türklərinin türk dilinin öyrədilməsinə ehtiyac görmədiyini iddia etmişdi. Bu isə Azərbaycamn türklərinin etirazı ilə qarşılaşmışdı.

Bu məsələyə etiraz olaraq Traxtur tərəfdarları Tehranda  “Türk Dilində mədrəsə- olmalıdır hər kəsə” şüarı səsləndirdilər.

Yarış zamanı azərbaycanlı tərəfdarlar həmçinin  “Azərbaycan var olsun – istəmiyən kor olsun”, “Azərbaycan qızları göylərin ulduzları”, “Təbriz Baki Ankara – Biz hara farslar hara”, “Nə mutlu türkəm diyənə” və… şüarları səsləndiriblər.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …