Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı öyrənci yenidən aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin mərkəzi zindanında həbs cəzası çəkən azərbaycanlı öyrənci Armita Pavir ikinci dəfə aclıq aksiyasına başlayıb.

Təbrizin “Mədəni” Universitetinin molekulyar hüceyrə biologiyası fakültəsinin öyrəncisi, Armita Pavir noyabrın 3-dən ikinci dəfə aclıq aksiyasına başlayıb.

O, həbsxana şəraitinə və tələblərinə məhəl qoyulmamasına, o cümlədən barəsində əsassız ittihamların irəli sürülməsinə və saxta etiraf verməyə məcbur edildiyinə etiraz olaraq aclıq aksiyası keçirdiyini bildirib.

Qeyd edək, məhbus öyrənci tələbləri yerinə yetirilməyənə qədər aksiyasını davam etdirəcəyini açıqlayıb. Azərbaycanlı öyrənci sentyabrın 21-də Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək zindana salınıb.

Həmçinin yoxlayın

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …