Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə Baycan adına görə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə Baycan adına görə doğum şəhadətnaməsi vermir.

Güney Azərbaycanın Təbriz şəhərində dünyaya gələn Baycan adlı körpə doğumundan 1 ay 8 gün keçməsinə baxmayaraq, hələ də doğum haqqında şəhadətnamədən məhrumdur.

Təbriz şəhərin rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi oktyabrın 7-də anadan olan Baycan adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxıb. Buna görə də, onun valideynləri məhkəməyə müraciət ediblər. Rejimin azərbaycanlı körpələrə türk adlarına doğum şəhadətnaməsi verməməsi onları peyvənd və s. məsələlərdən də məhrum edir.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına türk adları qoymağa mane olmaq və türkcə təhsili qadağan etməklə onları assilmilyasiyaya uğradıb bir millət kimi məhv etmək istəyir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …