Bazar , Oktyabr 18 2026
azfa

Urmiyada sürücülər etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 14-də Güney Azərbaycanın Urmiya şəhərində sürücülər etiraz aksiyası keçirib.

Şəhərdaxili mikroavtobus sürücüləri Qərbi Azərbaycan əyalətinin Yollar və Nəqliyyat İdarəsinin qarşısına toplaşıblar.

Onlar hökumətin təyin etdiyi aylıq yanacaq kvotasının azaldıldılmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, hər mikroavtobus üçün nəzərdə tutulan aylıq 1000 litr yanacaq kvotası 790 litrə endirilib. Sürücülər bunun ehtiyaclarını ödəmədiyini və azad bazardan baha qiymətə yanacaq almaq məcburiyyətində qaldıqlarını deyirlər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …