Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi tanınmış azərbaycanlı fəalı yenidən sürgündə həbsə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi tanınmış azərbaycanlı fəal Əkbər Azadı yenidən sürgündə həbsə göndərdi.

Oğlunun xəstəliyinə görə məzuniyyətdə olan tanınmış azərbaycanlı yazıçı və Güney Azərbaycan Milli Hərəkatının fəallarından Əkbər Azad noyabrın 16-da 2 illik sürgün cəzasını çəkmək üçün İlam əyalətinin Dərəşəhr şəhər zindanına gönədirlib.

Qeyd edək ki, Tehranda yaşayan azərbaycanlı milli fəal və yazıçı Əkbər Azad iki illik sürgün cəzasını çəkmək üçün iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə getmişdi. O daha sonra oğlunun xəstəliyi ilə bağlı yaşadığı şəhər qayıtdığını bildirmişdi.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası vermişdi. Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilmişdi.

Həmçinin yoxlayın

Vəhidə Kərimi: Şəxsi telefonum və “Instagram” hesabım hələ də təhlükəsizlik qüvvələrinin əlindədir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəinin həyat yoldaşı Vəhidə Kərimi özünün “Instagram” səhifəsində paylaşım edərək bildirib …

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …