Həbsdə olan azərbaycanlı milli fəala təcili ürək əməliyyatı lazımdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Hamed Yeganəpurun təcili ürək əməliyyatı keçirməli olduğu bildirilir.

Hamed Yeganəpurun yaxınlarının verdiyi xəbərə görə, azərbaycanlı fəal dünən ailəsi ilə qısa telefon danışığı zamanı deyib ki, saxlanıldığı Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasından xəstəxanaya köçürüləndən sonra həkim onun mümkün qədər tez daha bir əməliyyat keçirməli olduğunu bildirib.

Ancaq rejimin ETTELAAT qüvvələri onun müalicəsinə şərait yaratmaq yerinə, onu yenidən sözügedən təcridxanaya qaytarıblar.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

İrqçi fars-molla rejimin qurduğu sistemdə əhalinin 60 faizi gələcəyə ümidini itirib

GADTB: İran Daxili İşlər Nazirliyinin dərc etdiyi rəsmi sorğunun nəticələri ölkədə ictimai narazılığın yüksək səviyyədə …