Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycanda Türk Dünyasının Yumor Festivalı keçiriləcək

GADTB: Azərbaycanda “Yaradıcı Həftə” çərçivəsində dekabrın 2-də Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçiriləcək.

Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın (RF) yumor dünyasının nümayəndələrini bir araya gətirəcək.

Festivalda türk dünyasının yumor ustaları “stand-up” janrında çıxışlar edəcək və sonda münsiflər heyətinin qiymətləndirməsinə əsasən ölkələrdən biri qalib seçiləcək.

Festival qarşılıqlı peşəkar və yaradıcı fəaliyyətin təşviq edilməsinə və bu sahədə birgə yaradıcı layihələrin həyata keçirilməsinə töhfə verəcək.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …