Molla rejimi azərbaycanlı vəkil Sina Yusifiyə 1 il həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyada yaşayan azərbaycanlı vəkil və Güney Azərbaycan İnsan Haqları Təşkilatının vitse-prezidenti  Sina Yusifi İranın İnqilab Məhkəməsinin 6-cı şöbəsi tərəfindən “hakikiyyət əleyhinə təbliğat aparmaq”da ittiham edilərək 1 il müddətinə həbsə məhkum edilib.

Qeyd edək ki, Sina Yusifi 2022-ci ildə etiraz aksiyasında həbs edilən vətəndaşlara hüquqi dəstək vermək üçün Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasında müdafiə komitəsi yaratmışdır.

Bundan öncə Sina Yusifi sözügedən işin elektron bildirişini özünün “X” hesabında paylaşaraq yazmışdı:

“İsfahan Evi” kimi tanınan məhkəmə işini aparan hakimin qanunsuz hərəkətləri barədə məlumat verdiyim üçün mən İsfahan İnqilab Prokurorluğu tərəfindən “hökumətə qarşı təbliğat aparmaq, ictimai rəyi çaşdırmaq ittihamı ilə çağırılmışam”.

Həmçinin yoxlayın

Molla rejimi quşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Quşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici …