Cümə axşamı , May 7 2026
azfa

Azərbaycanlı gənc ETTELAAT məmurları tərəfindən hədələnir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT orqanları keçən il Təbrizdə etirazlar zamanı öldürülən gənc qız Aylar Haqqının 40 mərasimində həbs edilən 21 yaşlı Mirəkbər Hüseyniyə dəfələrlə zəng edərək hədələyb və onun həyatını alt-üst ediblər.

Rejimin ETTELAAT İdarəsi azərbaycanlı fəalı o qədər təzyiq alında saxlayıb ki, o, dəfələrlə etdiyi zənglərə cavab olaraq deyib ki, ona basqılar davam edəcəyi halda intihara əl atacaq. Eyni zamanda, Mirəkbər Hüseynini dindirən müstəntiqlər onu öldürməklə hədələyiblər.

Qeyd edək ki, Mirəkbər Hüseyni keçən ilin noyabr etirazlarında öldürülən gənclərin ailələrinin müdafiəsinə qalxdığına və 2022-ci il etirazlarında rejiminETTELAAT qüvvələri tərəfindən öldürülən azərbaycanlı gənc həkim qız Aylar Haqqının matəm mərasiminə qatıldığı üçün dəfələrlə saxlanılıb, sorğu-sual edilib və basqılarla üzləşib.

Azərbaycanlı gənc ilk dəfə 18 yaşında və hərbi xidmətə başlayandan cəmi bir neçə ay sonra Marağadakı “Əcəbşir” kazarmasında tutulub və üç ay təkadamlıq kamerada saxlanılıb. Müstəntiqlər onu “casusluq”da ittiham etməyə çalışıblar.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …