Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycanlı fəallar vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Murtuza Nurməhəmmədi Nadarlı, Mehrdad Qadiri və Həmid Yeganəpur  dünən vəsiqə qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəallar Murtuza Nurməhəmmədi Nadarlı və Mehrdad Qadiri hər biri 500 milyon tümən girov qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı milli fəalı Həmid Yeganəpur noyabrın 28-i girov qarşılığında azadlığa buraxılıb. Təbriz Kəşfiyyat İdarəsi Yeganəpurun həyat yoldaşına zəng edərək səhhətinin pisləşməsi barədə məlumat verib. 

Qeyd edək ki, Murtuza Nurməhəmmədinin 80 gün, Mehrdad Qaderinin isə 74 gündən sonra müvəqqəti azadlığa buraxılmalarına baxmayaraq, onlara qarşı hansı ittihamların irəli sürülməsi haqda dəqiq məlumat verilmir.

Azərbaycanlı milli fəallardan Yürüş Mehrəlibəyli, Davud Şiri, Əli Babayi, Nasir Rəzmcu, Araz İbrahimnejad, Cavad Sudbar, Hüseyn Azadi, Əmirhüseyn Ağayi, İbrahim Əvəzpur və Seyid Məhəmmədrza Müvəhhid hələ də Təbrizin ETTELAAT İdarəsində saxlanılırlar.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …