Güney Azərbaycanın şəhərlərində təqaüdçülər etirazlar aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan şəhəərindən Təbriz, Ərdəbil və Zəncan şəhərlərində narazı təqaüdçülər etiraz aksiyaları keçiriblər.

Azərbaycanlı təqaüdçülər hökumətdən onların qanuni tələblərinə cavab verməsini tələb ediblər.

Etirazçı təqaüdçülər bahalıq, inflyasiya və hökumət rəsmilərinin yalan vədlərindən cana doyduqlarını bildirən şüarlar səsləndiriblər.

Azərbaycanlı təqaüdçülər habelə plakatlar nümayiş etdirərək, Ərdəbil vilayətinin Pensiya Fondunun qarşısına toplaşıblar.

Etiraz edən təqaüdçülər aşağıdakı şüarları səsləndiriblər:

“Nə parlament, nə də hökumət milləti düşünmür”;

“Konstitusiyanın 30-cu maddəsi icra edilməlidir”;

“Həbsdə olan müəllim azad edilsin”;

“Müəllim ölər, alçalmağı qəbul etməz”;

“Təqaüdçü oyaqdır, ayrı-seçkilikdən cana doyub”;

“Təqaüdçünün haqqı ödənilməlidir”.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …