Şənbə , Sentyabr 12 2026
azfa

Molla rejimi Güney Azərbaycanın “Traxtur” komandasını yenidən cəzalandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Futbol Federasiyası Güney Azərbaycanın “Traxtur” komandasını növbəti dəfə cəzalandırıb.

Bu barədə “Traxtur” klubun media hesabında məlumat yayılıb.

Güney Azərbaycan komandasının tərəfdarlarının bundan əvvəl stadionda idmana aidiyyəti olmayan şüarlar səsləndirmələrinə görə Premyer Liqanın 13-cü həftəsində “Traxtur” və Tehranın “Peykan” komandaları arasında Təbrizdə keçiriləcək görüş tamaşaçısız baş tutacaq.

Bu, son 1 ay ərzində Güney Azərbaycanı komandasına qarşı ikinci cəza tədbiridir. Noyabrın 25-də “Traxtur” komandasının tərəfdarları Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə milli şüarlar səsləndirdikləri üçün Azərbaycan komandası 100 milyon tümən cərimə edilmişdi.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …