BMT molla rejiminə qarşı insan hüquqlarının pozduğuna görə qətnamə qəbul edib

GADTB:  BMT-nin Baş Assambleyası İranda insan haqlarının genişmiqyaslı pozulduğu barədə dekabrın 19-da Kanadanın təklif etdiyi qətnaməni qəbul edib. Qətnamə 78 lehinə, 30 əleyhinə və 68 bitərəf səslə qəbul olunub.

Qətnamədə İranda qeyri-fars millətlərin, dini azlıqların hüquqlarının geniş miqyasda və sistematik şəkildə pozulduğu qeyd olunub. İran hakimiyyətindən insan haqlarının hər hansı şəkildə pozulma faktlarına son qoyulması tələb edilib.

Habelə müxaliflərə işgəncə verilməsi, amansız, insanlığa zidd və təhqiredici cəzaların verilməsi pislənilib.

Baş Assambleya İranda insan hüquqlarının pozulmasının digər növlərinə toxunaraq, eləcə də həbsxanalarda hökm sürən acınacaqlı vəziyyətin aradan qaldırılımasını, qadın hüquqlarına riayət olunmasını tələb edib.

Həmçinin yoxlayın

Molla rejimi quşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Quşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici …