Cümə axşamı , Sentyabr 10 2026
azfa

Rusiya başqırd türklərinin tanınmı fəalını 5 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyada başqırd türklərinin fəalı Ukraynada səfərbər edilənləri döyüşməməyə çağıran videoya görə 5 il azadlıqdan məhrum edilib.

Rusiyanın Ufadakı məhkəməsi səfərbər olunanlara Ukrayna ilə müharibədə iştirak etməməyə çağıran videomüraciət edən fəal Ramilə Səidovanı 5 il müddətinə azadlıqdan məhrum edib.

Səidova “dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətə ictimai çağırışlar”da (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.4-cü maddəsinin 2-ci hissəsinin “c” bəndi) təqsirli bilinib.

O, 2023-cü ilin mayında Başqırdıstandan hərbçilərinə videomüraciət dərc etdikdən sonra saxlanılıb.

 “Başqırd, şücaət göstərmək hər kəsi öldürməkdən ibarət deyil. Bu gün ən çətin şey və qəhrəmanın əsl şücaəti “öldürməyə razı deyiləm!” deməkdir”, Səidova videoda bildirib.

Rusiya FTX bu videoda hərbi qulluqçuların “xidmətə həvalə edilmiş silahlarla fərarilik etməyə” çağırışlar olduğunu bəyan edib.

Bundan əvvəl 2021-ci ilin noyabrında Səidova 3 il müddətinə azadlıqdan məhrum edilmiş, 2022-ci ilin avqustunda azadlığa çıxmışdı.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …