Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Hücuma məruz qalan xanım Traxturçuları molla rejimi ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi irqçilərin hücumuna məruz qalan azərbaycanlı xanım Traxturçuları ETTELAAT İdarəsinə çağırdı.

Dekabrın 25-də Gilan əyalətində keçirilən futbol yarışında “Mələvan” klubunun tərəfdarları və rejimin üzdəniraq “Əxlaq” polisi tərəfindən hücuma məruz qalan “Traxtur” komandasının xanım tərəfdarları Mehvəş Nuri və Zəhra Fətəlizadə dindirilmək üçün rejimin ETTELAAT İdarəsinə çağırılıblar.

Molla rejimi irqçi xuliqanları cəzalandırmaq yerinə yenə də zülmə məruz qalan azərbaycanlıları cəzalandıərır.

Məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol komandası xanım tərəfdarların ləyaqətinin alçaldılmasına və təhqir edilməsinə görə “Mələvan” klubuna qarşı şikayət verib.

Həmçinin yoxlayın

Tehranda qadınlar marafonuna görə cinayət işi açılıb

GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul …

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …