Güney Azərbaycanda “Aşıqlar incəsənəti” ensiklopediyasının təqdimatı olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 28-də Əli Poladın qələmə aldığı və aşıq ədəbiyyatı, musiqisi və tarixindən bəhs edən 6 cildlik “Aşıqlar incəsənəti” ensiklopediyasının təntənəli açılış mərasimi keçirilib.

Mərasim tarixi Güney Azərbaycan ərazisi olan Tehranın “Bəhmən” Mədəniyyət Sarayında keçirilib.

Tədbirə məşhur azərbaycanlı saz ustadı Çingiz Mehdipur, Təbrizin millət vəkili Əhməd Rza Beygi, İranın keçmiş energetika naziri Həmid Çitçian, Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədəli Sübhanullahi qatılıblar.

Tədbirə həmçinin şairlərdən Məhəmməd Salmani, “İran Aşıqları Evinin” müdiri Səlcuq Şahbazi və “Aşıqlar incəsənəti” Ensiklopediyasının müəllifi Əli Polad əsərin təqdimatı üçün səhnəyə dəvət olunublar.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …