Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı tərəfdarlar Durnalar yuvasında milli şüarlar səsləndiriblər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərinin Durnalar Yuvası stadionunda “Urmiya Bələdiyyəsi” və “Çadormalu Ərdəkan” voleybol komandaları arasında keçirilən yarışda azərbaycanlı tərəfdarlar milli şüarlar səsləndiriblər.

Azərbaycanlı tərəfdarlar həmçinin Urmiya gölünün İran hökuməti tərəfindən qəsdən qurudulmasına etiraz məqsədi də şüarlar səsləndiriblər.

Stadionda azərbaycanlı fəallar o cümlədən aşağıdakı şüarları səsləndiriblər:

“Azərbaycan!”;

“Azərbaycan var olsun, istəməyən kor olsun!”;

“Azərbaycan qızları, göylərin ulduzları!”;

“Gəlin gedək ağlayaq, Urmu gölünü dolduraq!”;

“Urmu gölü susuzdu, Azərbaycan dayanmasa uduzdu!”;

“Bu səs Urmudan gəlir!” və s.

https://www.youtube.com/shorts/dtZimCCiBZQ

Həmçinin yoxlayın

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …

Təbrizdə SEPAH-ın Kəşfiyyat İdarəsinin müdaxiləsindən sonra döyülən yeniyetmənin ailəsi çağırılıb

GADTB: Təbrizdə bir yeniyetməyə qarşı polis əməkdaşlarının zorakı və təhqiramiz davranışını əks etdirən videonun geniş …