Cümə axşamı , Oktyabr 1 2026
azfa

ABŞ Türkiyədən vermədiyi “F-35” qırıcıları üçün pul istəyir

GADTB: ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi xarici hərbi satışlarla bağlı bildirişdə Türkiyəyə satılacaq sistemlər barədə təfərrüatlar yer alıb. Bu barədə “Aydınlıq” qəzeti yazıb.

Belə ki, ABŞ Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması səbəbindən Türkiyəyə verilməyən “F-35” qırıcılarının saxlanılması üçün Ankaradan ödəniş almaq istəyir.

Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland CNN Türk-ə müsahibəsində “S-400” zenit-raket kompleksi ilə bağlı məsələnin həll ediləcəyi təqdirdə Ankaranın “F-35” proqramına qaytarılmasının mümkün olduğunu demişdi.

Xatırladaq ki, Türkiyə 2019-cu ildə “S-400” aldıqdan sonra “F-35” proqramından çıxarılıb.

Həmçinin yoxlayın

Abbas Lisaninin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Yayılmış məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin 11-ci ayında hələ …

Həmədandan olan azərbaycanlı şair və yazıçı Məhəmməd Xəlili vəfat edib

GADTB: Şair, yazıçı, tərcüməçi və İran Yazıçılar Birliyinin üzvü Məhəmməd Xəlili  uzun sürən xəstəlikdən sonra …