Cümə , İyun 19 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Səid Camalzadəni həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları azərbaycanlı milli fəal Səid Camalzadəni dünən gecə saatlarında həbs edərək naməlum yerə aparıblar.

Məlumata görə, rejimin ETTELAAT qüvvələri milli fəalı evində yaxaladıqdan sonra onun şəxsi əşyalarını da müsadirə ediblər.

Hələlik onun hansı ittihamlarla həbs edilməsi dəqiq bəlli deyil.

Qeyd edək ki, son günlər Güney Azərbaycanda fəallara qarşı yeni basqı dalğasının başladığı görünür. Bundan öncə azərbaycanlı fəallar  Mürtəza Pərvin, Vədud Əsədi, Salar Tahir Əfşar, Bağır Hacızadə, Ayaz Seyfxah, Səid Minai və Kamal Nuri Ərdəbil, Rəşt, Urmiya, Təbriz və Tehranda həbs edilmişlər. Azərbaycanlı fəallara qarşı xüsusi qəddarlıq tətbiq edilib və yaxalanarkən döyülüblər.

Həmçinin yoxlayın

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …

Molla rejimin Miyandabdakı Qeydiyyat İdarəsi 7 aydır Elman adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB: Qərbi Azərbaycanın Miyandoab şəhərində fəaliyyət göstərən Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi 7 aya yaxındır …