Bazar , Dekabr 29 2024
azfa

Azərbaycanlı həkimdən Urmiya gölünün qurudulmasının fəsadları barədə xəbərdarlıq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı həkim Urmiya gölünün qurudulmasının fəsadları barədə xəbərdarlıq edib.

Radioterapiya və onkologiya üzrə azərbaycanlı mütəxəssis Vəli Rəhimzadə Urmiya gölünün qurudulmasının insanların sağlamlığına mənfi təsirləri barədə xəbərdarlıq edib.

Rəhimzadə deyib: “Bəzi xəstəliklərin, məsələn, xərçəngin insan orqanizmində özünü göstərməsi üçün uzun illər lazımdır. Gölün quruması və onun nəticəsində yaranan duz qasırğaları insanların sağlamlığına ciddi təsir edə bilər. Bunun ətraf mühitə təsirləri haqda məlumat verilib, lakin məsələnin insani baxımından fəsadları hələ də aradan qaldırılmayıb”.

Qeyd edək ki, artıq göl ətrafə ərazilərdə insanları bir sıra ağır xəstəkilərdən əziyyət çəkdiyi və həyatını dəyişdiyi bildirilir.

Bir müddət öncə isə Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin o zamankı direktoru Cavad Ağazadə demişdi ki, gölün quruması bir sıra xəstəliklərin artmasına səbəb olacaq.

Həmçinin yoxlayın

Güney Azərbaycanın müxtəlif şəhərlərində Qaşqay türklərinə dəstək şüarı yazılmış vərəqələr paylanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları eyni vaxtda Təbriz, Tehran, Urmu, Ərdəbil, Zənqan, Kərəc, Qəzvin, Ərak …

Molla rejimi hicab bəhanəsi ilə güllələdiyi Arzu Bədri iflic edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsid …