Cümə axşamı , İyul 30 2026
azfa

Molla rejimin həbs etdiyi Əbüləziz Əzimi Qədim Tehranın Evin zzindanında aclıq aksiyasına davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Əbüləziz Əzimi Qədim Tehranın Evin zzindanında aclıq aksiyasına davam edir.

Ötən həftə Tehranın Qərçək şəhərində həbs edilərək Evin zindanına salınan azərbaycanlı din xadimi və milli fəal Əbdüləziz Əzimi Qədim qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılmasına, qanunsuz rəftar və əsassız ittihamlar səbəbindən aclıq aksiyasına başlayıb.

Azərbaycanlı fəal aclıq aksiyasına başladıqdan sonra təkadamlıq kameraya köçürülüb.

Azərbaycanlı din xadiminin yaşı və sağlamlığı ilə əlaqədar onun keçirdiyi aclıq aksiyası ailəsinin narahatlığına səbəb olub.

Qeyd edək ki, Əbüləziz Əzimi Qədim  fevralın 7-də Qum şəhərindən Tehrana qayıdarkən ETTELAAT qüvvələri tərəfindən yolda həbs olunub və Evin zindanının 240-cı bölməsinə köçürülüb.

Azərbaycanlı din xadimi şərlənərək “ölkənin milli təhlükəsizliyinə qarşı xarici vətəndaşlarla əməkdaşlıq etmək”də ittiham edilib.

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …