Molla rejimin Məhəmməd Rza Xəliliyə qarşı təhdid və təzyiqləri davam edir

GADTB: Son bir neçə gündə Məhəmmədrza Xəlili dəfələrlə molla rejimin ETTELAAT qüvvələrinin təzyiqinə məruz qalıb və fəal özünə qarşı ittihamların irəli sürülməsi ilə hədələnib.

Qeyd edək ki, Astaranın Ərdəbil vilayətinə qaytarılması kampaniyasında fəal iştirak edən 22 yaşlı xəlxallı Məhəmməd Rza Xəlili Gilan vilayətinin Soumeh Sera şəhərində rejimin FATA polisi tərəfindən tutularaq həbsxanaya aparılıb. O, həbs olunarkən ETTELAAT qüvvələri tərəfindən döyülüb və ağır təhqirlərə məruz qalıb.

Bu milli fəal dekabrın 17-də 2 milyard girov müqabilində və ata evinin mülkiyyət sənədini məhkəməyə qədər təhvil verməklə azadlığa buraxılıb. Fəal sistemin əleyhinə təbliğat aparmaqda və ictimai rəyi pozmaqda ittiham olunur.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …