Şənbə , Sentyabr 19 2026
azfa

İran polisi Germidə azərbaycanlı gəncə vəhşicəsinə zor tətbiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Germi şəhərində azərbaycanlı gənc yol polisinin hücumuna məruz qalaraq vəhşicəsinə döyülüb. Buna səbəb isə gəncin avtomobil sürərkən yol hərəkəti qaydasını pozması olub.

Yolu yaxşı tanımayan və səhvən yol hərəkəti qaydasını pozan sürücünün döyülməsi əhalinin ciddi aetirazına səbəb olub.

Videodan göründüyü kimi, əhali döyülən və qanlar içərisində qalan gəncə dəstəklərini bildirib və rejimin polisinin qanunsuz davranışını pisləyiblər.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …