Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Qoşaçayda rejimin məhkəməsində Behzad Xudabəndəlunun istintaq iclası keçirilib

GADTB: Azərbaycan milli hərəkatının fəalı Behzad Xudabəndəlu 4 martda Quşaçay şəhəri Baş və İnqilab Prokurorluğunun üçüncü istintaq şöbəsində ittihamlardan özünü müdafiə edib.

Azərbaycanlı fəal ittihamı izah edildikdən sonra 300 milyon tümən girov qoyaraq məhkəmə prosesinin sonuna qədər müvəqqəti olaraq azadlığa buraxılıb.

Həmin azərbaycanlı fəal bundan əvvəl şəxsi İnstaqram səhifəsində məlumat vermişdi ki, Ədliyyə orqanlarının elektron sistemi (SANA) vasitəsilə ona göndərilən bildirişə əsasən, ittihamın müdafiəsi üçün 5 gün müddətində muraciət etməlidir.

Göndərilən çağırış vərəqəsində həmin azərbaycanlı fəalın ittihamları “rejimə müxalif qrup və ya təşkilatların xeyrinə təbliğat”, “ictimai rəyi pozmaq” və “rejim əleyhinə təbliğat” qeyd edilmişdi.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …