Çərşənbə , Sentyabr 23 2026
azfa

Hamid Qaraoğlani yüksək girov qarşılığında məzuniyyətə göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, çərşənbə axşamı Hamid Qaraoğlani üç milyard tümənlik girov qarşılığında Urmiya zindanından məzuniyyətə buraxılıb. Azərbaycanlı fəal on gün müddətinə məzuniyyətə göndərildi.

Hamid Qaraoğlani 2019-cu il iyulun 7-də rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilərək Urmiyadakı İranın ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb. O, nəhayət, dindirmə prosesi başa çatdıqdan sonra Urmiyada rejimin zindanına köçürülüb və o vaxtdan həmin həbsxanadadır.

Qaraoğlani ümumilikdə on dörd il bir ay həbs cəzasına məhkum edilib ki, bu da ən ağır cəza, yəni on üç il müddətinə azadlıqdan məhrumetmədir.

Urmiya sakini olan Hamid Qaraoğlani memarlıq fakültəsinin magistratura mərhələsinin tələbəsi olub.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …