Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalı məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəalı və rəqqas Peyman İbrahimini məhkəməyə çağırıb.

Azərbaycanlı fəal öz “İnstaqram” hesabından bu barədə məlumat verərək, Apellyasiya Məhkəməsinə çağırıldığını açıqlayıb.

Qeyd edək ki, 2023-cü il avqustun 26-da atasının evində mülki geyimli 15 nəfər tərəfindən həbs edilən Peyman İbrahimi iki aydan çox həbsdə qaldıqdan sonra zaminə buraxılmışdı.

Azərbaycanlı milli fəalın məhkəməsi 2023-cü il 11 və 13 dekabr tarixlərində keçirilmişdi. O, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” və “rəhbəri (Xameneyini) təhqir etmək”də ittiham edilərək 22 ay 17 gün həbs cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …