Şənbə , İyul 11 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəalları vəhşicəsinə işgəncə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının iki fəalı Ayaz Seyfha və Araz Amanı bir aydan çoxdur Evin həbsxanasının təcridxanasında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayaraq, onları vəhşicəsinə işgəncə edib.

Onların ailə üzvləri siyasi məhbuslarla qısamüddətli telefon danışığı apara biliblər. Fəalların yaxınları onların işgəncələrə məruz qaldıqlarını bildiriblər: Araz Amanın iki dişi qırılıb, sol ayağı amputasiya edilib, Ayaz Seyfhinin isə ayağı sındırılıb və nəticədə axsaq qalıb. Hər iki kişi 10 kiloqramdan çox arıqlayıb. Onlar karserdə saxlanılırlar.

Molla rejimin onları törətmədikləri əməllərə görə yalan ifadə verməyə məcbur etməyə çalışdığı bildirilir.

Həmçinin yoxlayın

ABŞ molla rejiminə yeni sanksiyalar tətbiq etdi

GADTB: ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi bəyan edib ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan …

Yeni peyk görüntüləri İranın nüvə obyektlərini yenidən bərpa etməsini göstərir

GADTB: CNN telekanalının Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu ilə birlikdə araşdırdığı eksklüziv peyk görüntüləri İranın …