Şənbə , Noyabr 21 2026
azfa

İranın bir neçə həftə ərzində nüvə silahına sahib olacağı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Almaniyanın “Bild” qəzeti ekspertlərə istinadən yazıb ki, İran bir neçə həftə ərzində nüvə silahına sahib ola bilər.

“İran atom silahı istehsal etməyə çox yaxındır. Biz burada bir neçə həftəlik müddətdən danışırıq”, deyə Bonn Universitetinin Qabaqcıl Təhlükəsizlik, Strateji və İnteqrasiya Araşdırmaları Mərkəzinin (CASSIS) direktoru Ulrix Şli bildirib.

Onun sözlərinə görə, İranın İsrailə pilotsuz uçuş aparatları və raketlərlə hücum etmək qərarı Tehranın atom silahı yaratmaq ərəfəsində olduğunu və İsrailin cavabı olacağı təqdirdə ondan istifadə etməyə hazır olduğunu göstərir. Ekspert etiraf edib ki, İran nüvə bombasından hücum üçün deyil, yəhudi dövlətini qorxutmaq üçün istifadə edə bilər.

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan iranlı ekspert Sima Şine isə deyib: “Bir həftə ərzində İran atom bombası istehsal etmək üçün kifayət qədər urana sahib ola bilər”.

O hesab edir ki, İranın nüvə silahı əldə etməsi ilə bağlı xəbərlər regionda silahlanma yarışına səbəb olacaq.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan etmişdi ki, İran tərəfi əvvəllər bəyan edilmiş nüvə siyasəti istiqamətinə yenidən baxa bilər.

Həmçinin yoxlayın

Əhməd Vəhidi: “Xameneyinin qisasını almaq bizim haqqımızdır”

GADTB: Bu gün terror təşkilatı olan SEPAH-ın baş komandanı Əhməd Vəhidi İslam Respublikasının keçmiş rəhbəri …

ABŞ və İsrail İrana qarşı yeni hərbi hücumu nəzərdən keçirir

GADTB: CBS News telekanalı noyabrın 20-də, cümə günü məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ …