Cümə axşamı , May 14 2026
azfa

Molla rejimin Apellyasiya Məhkəməsində Peyman Kərimpur barədə qərarı təsdiqləyib

GADTB: İrqçi fars-molla rejimin Apellyasiya Məhkəməsi Təbrizdə yaşayan azərbaycanlı fəal Peyman Kərimpuru 2 il 5 ay həbsə və 2 il ölkədən çıxışına qadağa qoyulmasını təsdiqləyib.

Qeyd edək ki, molla rejimin Təbrizdəki İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən azərbaycanlı fəal kiberməkanda “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə”, “hakimiyyət əleyhinə təbliğat fəaliyyəti aparmaq” və “İslam müqəddəslərini təhqir etmək” ittihamları ilə 2 il 5 ay həbs və 2 il müddətinə ölkədən çıxış qadağası cəzasına məhkum etmişdi.

Azərbaycanlı fəalın mobil telefonu da molla rejimin ETTELAAT İdarəsi tərəfindən müsadirə edilmişdi.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …