Şənbə , İyun 13 2026
azfa

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin evinə hücum edərək axtarış aparıblar.

Onlar fəalın mobil telefonunu müsadirə edərək bildiriblər ki, yaxın günlərdə o, ETTELAAT İdarəsinə çağırılaraq “izahat” verməlidir.

7 nəfərlik qrupun hücumu nəticəsində xanım Emami və övladı qorxu və iztirab keçirib.

Qeyd edək ki, Aşqin İmami Güney Azərbaycanın müxtəlif şəhərlərində musiqi və incəsənət dərsləri keçən yazıçı, prodüser, rejissor və müğənnidir.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …