Molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlın fəalın atası zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı milli fəal Fərhad Pakrunun həbs olunan atası, təbrizli Cəbrayıl Pakruh 100 milyon tümən girov müqabilində zaminə buraxılıb.

Qeyd edək ki, mayın 13-də rejimin ETTELAAT məmurları Təbrizdə yaşayan azərbaycanlı milli fəalın atası Cəbrayıl Pakruhu həbs edərək naməlum yerə aparmışdılar.

Heç bir məhkəmə hökmü olmadan məmurlar Pakruhun şəxsi mənzilinə hücum edib və onu yaxalayaraq, özləri ilə aparmışdılar.

Bundan əvvəl də Cəbrayıl Pakruh milli fəallardan olan oğlu Fərhad Pakruhun həbsi və ona qarşı təzyiqlərlə bağlı verdiyi açıqlamalara görə incidilib.

O, təhlükəsizlik idarəsinə çağırılıb, saatlarla dindirilib və bir neçə günlüyünə həbsdə saxlanılıb. Ondan sosial mediada etdiyi paylaşımları silməyi tələb olunub.

Bundan əvvəl Azərbaycan Milli Hərəkatının fəalı Fərhad Pakrouhun atası Cəbrayıl Pakrouh fars dilində bir videoda özünün, qardaşı və oğlunun vəziyyətini açıqlamışdı.

Həmçinin o, qardaşı və oğlu ilə birlikdə döyülməsi barədə məlumat vermişdi.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …