Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi Kərəcdə azərbaycanlı milli fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi bu gün səhər saatlarında Kərəcdə azərbaycanlı milli fəalı həbs edib.

Molla rejimin 8-ə yaxın mülki geyimli məmuru Güney Azərbaycan Milli Hərəkatının fəalı Səyyad (Ovçu) Məhəmmədianın Kərəc şəhərindəki şəxsi evinə basqın edərək onu həbs ediblər.

Azərbaycanlı fəalın evi molla rejimin ETTELAAT qüvvələri tərəfindən vəhşicəsinə qarət edilərək, bütün elektron cihazları, o cümlədən milli fəalın həyat yoldaşının mobil telefonu da müsadirə olunub.

Qeyd edək ki, hələlik azərbaycanlı milli fəalın həbsinin səbəbi və haraya aparılması barədə məlumat verilmir.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …