Cümə axşamı , May 14 2026
azfa

Ərdəbildə rejimin prokuroru tətil aksiyası keçirən qızıl satıcılarını hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə rejimin prokuroru Calal Afaqi Ərdəbil bazarında qızıl alverçilərinin tətil aksiyasına münasibət bildirərkən deyib ki, qanundan kənar istənilən tətil cinayətdir və onlara qarşı ciddi tədbirlər görüləcək.

Afaqi tətilin vətəndaşlar arasında çaşqınlıq yaratdığını və bunun cəmiyyətin psixoloji təhlükəsizliyinin pozulmasına səbəb olduğunu iddia edib.

O, Sənaye, Mədən və Ticarət Nazirliyinə müraciət edərək, tətil edən mağazaların işə başlamamaları təqdirdə onların fəaliyyət icazələrini həmişəlik ləğv etməyə çağırıb.

Qeyd edək ki, mayın 1-dən Təbrizin qızıl bazarında başlayan tətil hakimiyyət və parlamentin qızl alverçilərindən daha çox vergi almaq cəhdinə etiraz olaraq başlayıb. Bundan sonra Tehran, Ərdəbil, Urmiya və s. şəhərlərin qızıl satıcıları da aksiyaya qoşulub.

Həmçinin yoxlayın

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Molla rejimi xaricdə yaşayan daha 24 şəxsin əmlakını müsadirə edib

GADTB: Hörmüzgan Ədliyyə İdarəsinin rəisi xaricdə yaşayan 24 şəxsə məxsus əmlakın müəyyən edilərək qanuni prosedur …