Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

“Türklərin İrsi” layihəsi: Azərbaycanda sənədli film çəkilişləri başlayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Administrasiyasının dəstəyi çərçivəsində həyata keçirilən “Türklərin İrsi” layihəsinin işçi qrupu Azərbaycanda fəaliyyətə başlayıb.

Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən layihə 17 cildlik toplu və 18 sənədli filmdən ibarətdir.

Dünyanın 53 fərqli ölkəsində həyata keçirilən layihə mədəniyyət, incəsənət, təhsil və elm kimi mövzuları əhatə edir və memarlıq nümunələrinin inventarını çıxarmağı hədəfləyir.

Layihənin baş redaktoru professor Osman Eravşar, layihə koordinatoru İbrahim Divarcı və prodüser Tamer Yiğitdir. Layihə çərçivəsində çəkilişlər Bakı, Şəmkir, Qəbələ, Qobustan və Gəncədə çəkiləcək.

Sənədli film üçün Azərbaycan alimləri ilə müsahibələr, Azərbaycan Muzeylərində birgə tədqiqatlar aparılacaq.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …