Cümə , İyul 31 2026
azfa

Fransa Ermənistana külli miqdarda silah göndərməyə hazırlaşır

GADTB: Ermənistan bu yaxınlarda “Thales”dən üç GM200 radarının alınması üçün müqavilə imzalayıb və MISTRAL-3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır. Bu barədə Fransa Senatının hesabatında deyilir.

“Fransanın “Arquus” şirkətinin istehsalı olan 24 “Bastion” zirehli transportyoru Ermənistana göndərilib. Bundan əlavə, hazırda istehsal olunan eyni tipli daha 26 zirehli avtomobil Ermənistana tədarük edilməlidir”, – hesabatda vurğulanıb.

Qeyd olunub ki, Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib:

“Səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Ona görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməliyik”.

Hesabatda 2024-cü ildə “Nexter”in yeni istehsal gücünü (istehsal ayda 2-dən 6-ya qədər qaldırılır) nəzərə alaraq, “Sezar” özüyeriyən artilleriya qurğularının mümkün qədər tez tədarükü imkanlarının araşdırılması tövsiyə edilib.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …