Cümə axşamı , May 7 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalı ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farsömolla rejimin Şəbüstər şəhərində ETTELAAT İdarəsi dünən Güney Azərbaycan Milli Hərəkatının fəalı Murtaza Nurməhəmmədi Nadarlını çağıraraq bir neçə saat sorğu-sual tutub.

Məlumata görə, Murtaza Nurməhəmmədi Hunay adlı qızına türk adı verdiyi üçün ötən ilin sentyabrın 9-da molla rejimin qüvvələri tərəfindən Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərində yerləşən rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə çağırılaraq qanunsuz şəkildə həbs edilmişdi.

Nurməhəmmədi Nadarlı 80 gün Təbrizin ETTELAAT İdarəsinin təkadamlıq kamerasında saxlanıldıqdan sonra 2023-cü il noyabrın 29-da girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …