Cümə , Oktyabr 2 2026
azfa

ABŞ İran adlanan ölkəyə qarşı 12 şərt irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ dövlət katibi Maykl Pompeo İran adlanan ölkə ilə yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb.

ABŞ dövlət katibi deyib ki, Tehran uranın zənginləşdirilməsi üzrə işləri dayandırmalı və heç vaxt pluton emalı ilə məşğul olmamalıdır.

Pompeo İranın ballistik raketlərin yayılmasını və raket hazırlanmasını dayandırmalı olduğunu bildirib. Eyni zamanda, o qeyd edib ki, Tehran Yaxın Şərqdə fəaliyyət göstərən terrorçu qruplaşmaları maliyyələşdirməməlidir. ABŞ İranın Suriyadakı bütün qüvvələrini çıxarmasını da istəyir.

Pompeo deyib ki, İran bu şərtləri qəbul edib, siyasətini dəyişməsə, ona qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək.

Qeyd edək ki, bu il mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Bu razılaşma Tehranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılması qarşılığında BMT Təhlükəsizlik Şurası, o cümlədən ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların qaldırılmasını nəzərdə tutub.

 

Həmçinin yoxlayın

Muğanın Parsabad ş\hərində bir bloqer “rejim əleyhinə təbliğat” və “yalan məlumat yaymaq” ittihamları ilə saxlanılıb

GADTB: Muğanın Parsabad şəhərində sosial media fəalı və “Instagram” bloqeri təhlükəsizlik qurumları tərəfindən müəyyənləşdirildikdən sonra …

Molla rejimi bəluçları qətliam etmək üçün yetişdirdiyi yüzlərlə Fatimiyyun terror dəstəsini Bəluçistana yerləşdirib

GADTB: Yerli mənbələrin məlumatına görə, son həftələr ərzində İranın Bəluçistan bölgəsindəki bazalarda və yaşayış məntəqələrində …

Bir cavab yazın