Bazar , Oktyabr 25 2026
azfa

ABŞ İran adlanan ölkəyə qarşı 12 şərt irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ dövlət katibi Maykl Pompeo İran adlanan ölkə ilə yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb.

ABŞ dövlət katibi deyib ki, Tehran uranın zənginləşdirilməsi üzrə işləri dayandırmalı və heç vaxt pluton emalı ilə məşğul olmamalıdır.

Pompeo İranın ballistik raketlərin yayılmasını və raket hazırlanmasını dayandırmalı olduğunu bildirib. Eyni zamanda, o qeyd edib ki, Tehran Yaxın Şərqdə fəaliyyət göstərən terrorçu qruplaşmaları maliyyələşdirməməlidir. ABŞ İranın Suriyadakı bütün qüvvələrini çıxarmasını da istəyir.

Pompeo deyib ki, İran bu şərtləri qəbul edib, siyasətini dəyişməsə, ona qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək.

Qeyd edək ki, bu il mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Bu razılaşma Tehranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılması qarşılığında BMT Təhlükəsizlik Şurası, o cümlədən ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların qaldırılmasını nəzərdə tutub.

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın