Cümə axşamı , İyun 25 2026
azfa

2006-cı il Güney Azərbaycan May Qiyamından 12 il ötür-Video

GADTB: 12 il öncə Güney Azərbaycanın bütün şəhər, qəsəbə və hətta kəndlərində belə irqçi fars rejiminin rasizm siyasətinə qarşı qiyam baş vermişdir. İrqçi İran adlanan dövlətin rəsmi orqanı olan “İran” qəzeti 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc etmişdir. Buna etiraz edən Azərbaycan türkləri yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar. Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Sulduz, Mərənd, Xoy, Maku, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi.

İrqçi fars rejiminin hüquq-mühafizə orqanları gücdən istifadə edərək, dinc aksiyaları dağıtmağa çalışdı. Həmin etirazlarda onlarla Azərbaycan türkü İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu, yüzlərlə insan yaralandı və xeyli etirazçı həbs edildi.

Bu olaylar dünya mətbuatında da öz əksini tapdı.

2006-cı ilin 22 may hadisələrindən sonra Azərbaycan Milli Hərəkatı yeni bir mərhələyə daxil oldu. Azərbaycanlılar fars şovinizminə qarşı mübarizəni bu gün də var gücü ilə davam etdirir.

Həmçinin yoxlayın

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

SEPAH bildirir ki, Oman tərəfindən təklif olunan marşrut qəbuledilməz və təhlükəlidir

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi yalnız İranın …

Bir cavab yazın