Cümə , Noyabr 27 2026
azfa

Molla rejimin İrşad İdarəsi türk adlarından istifadə edənləri hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad İdarəsi türk adlarından istifadə edənləri hədələyib.

Rejimin islami irşad və mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Fars Dilinin Qorunması Şurasının toplantısında adları fars dilində olmayan bir sıra sahibkarlıq və ictimai obyektləri, o cümlədən mağaza və kompleksləri hədələyərək deyib: “Qanuna tabe olmayan obyekt və komplekslərin adları dəyişdirilməsə, bu, qaydalara uyğun şəkildə həll ediləcək”.

O, molla rejimin rəhbəri Əli Xameneyinin fars dilinin qorunması ilə bağlı dediklərinə toxunaraq əlavə edib: “Qanunu pozanlar olarsa, Prokurorluğa məlumat göndərəcəyik, lazım gələrsə, məhkəməyə şikayət verəcəyik, əsasnaməyə, əlavə və dəyişikliklərə ehtiyac olarsa, hökumətdə təsdiq edəcəyik”.

Qeyd edək ki, molla rejimin İslami İrşad və Mədəniyyət Nazirliyi ictimai məkan və mağazalara  türk, kürd, lor və s. dillərdə adların verilməsinə qadağa qoyub.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Əli Baqirinin taleyi barədə məlumat verilmir

GADTB: Şəbistərin Nadarlı kəndindən olan gənc Əli Baqiri noyabrın 26-da təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb. …

İran Naxçıvanla sərhədə hərbi texnika yığır

GADTB: Son günlər sosial mediada, xüsusilə “TikTok” platformasında İranın Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhəd istiqamətinə …