Bazar , Oktyabr 18 2026
azfa

Avropa İttifaqı İranın müdafiə nazirinə sanksiya tətbiq edib

GADTB: Avropa İttifaqı İranın müdafiə naziri ilə birgə SEPAH-ın Qüds qanadının  komandanı və müdafiə nazirinin müavininə də sanksiya tətbiq edib

Aİ-nin bəyanatında bildirilir ki, İranın müdafiə naziri Məhəmmədrza Aştiani, SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmail Qaani və Müdafiə Nazirliyinin Hava Sənayesi Təşkilatının rəhbəri Afşin Xacəfərd sanksiyaya məruz qalıb.

Avropa İttifaqı Rusiyaya hərbi yardım göstərdiyi üçün Şimali Koreyadan olan 9 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Məlumata görə, Aİ oxşar ittihamla İranın müdafiə naziri Məhəmmədrza Aşitanini sanksiya siyahısına salıb.

Avropa Birliyi sanksiya ilə bağlı bəyanatında vurğulayıb: “Sanksiyalar BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması və Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə hərbi dəstəyinə görə qəbul edilib”.

Qeyd olunub ki, İranın müdafiə naziri Məhəmmədrza Aştiani, o cümlədən İrandan olan bir sıra şəxslər də Rusiyaya dronlar vermək və Qırmızı dənizdə təhlükəsizliyi pozmaqda ittiham edilərək sanksiyalarla üzləşib. /Azad İran

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …