Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalı Məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Güney Azərbaycan Milli Hərəkatının fəalı Həmid Purvəlini Səna Məhkəmə-Ədliyyə Sisteminin elektron bildirişi vasitəsilə Təbrizdə Cinayət Məhkəməsinin 108-ci şöbəsinə çağırıb.

Məlumata görə, azərbaycanlı milli fəal “qanunsuz toplantılarda iştirak etməklə ictimai asayişin pozulmasında” ittiham edilərək, iyunun 2-də sözügedən məhkəmədə olması tələb edilib.

Qeyd edək ki, azərbaycanlı milli fəal bundan əvvəl 16 iyul 2022-ci ildə Təbrizdə Urmiya gölünün qurudulmasına qarşı keçirilən aksiyada başqa bir neçə fəalla birgə həbs edilmişdi. Təbriz zindanına köçürülən Həmid Purvəli həmin il 18 iyul tarixində girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …