Cümə , Oktyabr 16 2026
azfa

Son 20 ildə Süngün Mis Mədənini talayan molla rejimi geniş meşələri məhv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi son 20 ildə Süngün Mis Mədənini talamaq üçün Qaradağda geniş meşələri məhv edib.

Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün Mis Mədəni sahəsinin 20 illik dövrünün peyk görüntüləri bu sənaye müəssisəsinin ətrafındakı geniş meşələrin qırılmasından xəbər verir.

Məlumata görə, gələcəkdə bu dəyişikliklərlə bölgədə iqlimdə, əkin növü və kənd təsərrüfatı sahəsində bir çox problemlər yaranacaq.

Qeyd edək ki, Süngün mədənin rəhbərliyi bu il 400 hektar ərazidə ağac əkməyi öz üzərinə götürsə də, bu planın böyük bir hissəsi gerçəkləşməyib. Molla rejimi Azərbaycanla bağlı heç bir yaxşı layihəni həyata keçirmir və belə layihələr kağız üzərində qalır.

Xəritə:

https://t.me/GADTB1/35401

Həmçinin yoxlayın

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …