Çərşənbə , May 6 2026
azfa

Molla rejim Təbrizdə azərbaycanlı milli fəalları mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəallar Həmid Purvəli və Cəlal Dehqanini Təbrizdə Cəza Məhkəməsinin 108-ci şöbəsində hakim Möhtəri Sarainin sədrliyi ilə mühakimə edib.

Azərbaycanlı fəallar onlara qarşı irəli sürülən saxta ittihamlardan özlərini müdafiə ediblər.

Azərbaycanlı fəallar “qanunsuz toplantılara qatılmaqla ictimai asayişi pozduq”da ittiham olunublar.

Qeyd edək ki, həmin azərbaycanlı fəallar 16 iyul 2022-ci ildə Rasta Küççədə Urmiya gölünün qəsdən qurudulmasına qarşı etiraz aksiyaları ilə eyni vaxtda 5 digər fəalla birlikdə molla rejimin qüvvələri tərəfindən həbs edilmiş və bir müddət sonra girov qarşılığında zaminə buraxılmışdılar.

Bun dan öncə də tanınmış azərbaycanlı fəal, mərhum “Əziz Purvəli”nin oğlu “Həmid Purvəli” və digər azərbaycanlı fəal “Cəlal Dehqani” həbs, işgəncə və təzyiqlərlə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …